Son 12 mövsümdə ən çox qol vuran avropalı legioner oldu

17.04.2023 11:34 248
Ölkə futbolu
“Sabah”ın futbolçusu Coy Lens Mikels son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legioner olub.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, almaniyalı vinger premyer-liqanın 30-cu turunda “Qarabağ”la (2:1) qarşılaşmada dubl edərək, buna nail olub.

30 yaşlı hücumameyilli oyunçu bununla cari mövsümdəki qol sayını 17-yə çatdırıb. Mikels 2015/2016 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı geridə qoyub. 2011-ci ilin yayından bəri digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.

Qeyd edək ki, daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiyadır. Gürcü futbolçu 2010/2011 mövsümündə 18 dəfə fərqlənib.