• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Məqsədimiz Qazaxda futbolu ölməyə qoymamaqdı” - MÜSAHİBƏ

Ölkə futbolu / Müsahibə

6-04-2023, 12:0

Qazax yalnız şairləri, aşıqları, yazıçıları, alimləri, siyasətçiləri, sərkərdələri, sənətkarları ilə tanınmayıb. Azərbaycan folklorunun paytaxtı həm də idmançılarıyla daim öncülərdən olub.

20-ci əsrdə Azərbaycan futbolu deyəndə çoxlarının ağlına "Neftçi" gəlsə də, Qərb bölgəsi də xüsusi ağırlığı ilə seçilib. SSRİ dönəmində Tovuzun, Gəncənin, Mingəçevirin komandaları ön planda olub. Qazaxın da məşhur komandası olub. Bu, 1977-ci ildə yaradılan "Damcılı", 1986-dan isə "Göyəzən" adı ilə çıxış edən və həmin ildə Azərbaycan çempionu olan, hazırda Region Liqasında çıxış edən klubdu.

Komandanın təsisçisi, sonralar baş məşqçisi, rəisi, idman direktoru, prezidenti olan, bir müddət Qərb Regional Futbol Federasiyasının prezidenti kürsüsündə əyləşən, Əməkdar məşqçi Mehdi Salmanovla "Göyəzən"in keçmişindən, bugünündən və sabahından danışdıq.

- Sizə Qazax elində və futbol camiəsində həm Rəhman, həm də Mehdi adı ilə müraciət edirlər. Hansı adıla xitab etsək, ürəyinizcə olar?
- (gülür) Fərq etməz, sizə necə rahatdısa, elə də xitab edə bilərsiz.

- Eşitdiyimizə görə, səhhətinizdə müəyyən problemlər var. İndi durum necədi?
- Yaş irəlilədikcə xəstəliklər də qaçılmazdı. Şükürlər olsun, hazırda pis deyiləm. Bir qədər ayağımda ağrılar var. Onu da sağaltsam, yaxşıca futbol oynayardım (gülür).

- Mehdi müəllim, ölkə futbolunda "Göyəzən"lə tarix yazmısız. Bir az tarixə ekskursiya etsək...
- SSRİ-də futbol populyar idman növü idi. "Neftçi"nin sayəsində Azərbaycanda da futbola hədsiz maraq vardı. Qərb bölgəsində isə futbola maraq xüsusilə seçilirdi. Qazax ziyallılar, tarixi şəxsiyyətlər yurdu olsa da, futbol komandası yox idi. Ən böyük arzularımdan biri klub yaratmaq idi. 1977-ci ildə bu istəyimə nail oldum. Respublika İdman Komitəsinin Qazax rayon şöbəsinin sədri Binnət Həsənov bu işdə mənə çox yardım etdi. Beləliklə, "Damcılı" adlı komanda yaratdıq, baş məşqçisi də mən oldum və indiki dillə desək, 1-ci divizionda çıxış etməyə başladıq. Həmin dövrdə "Komintern" sovxozunun nəzdindəydik. Rayonumuzun o vaxtkı rəhbərlərinin də futbola marağı olduğundan komandaya hər cür dəstək verirdilər. 1-ci katib Murad Aşurov xüsusilə seçilirdi. Bir dəfə söhbətimiz zamanı dedi ki, “Qazax Səməd Vurğun kimi bir dühanın yurdudu. Ona görə də futbol komandamız ölməz şairimizi xatırladan bir nişanə olmalıdı”. Dərhal da əlavə etdi ki, “Səməd Vurğun şeirlərində daim Göyəzən dağını vəsf edir, yaxşı olar ki, elə bu adı götürəsiz”. Təklif mənim də ürəyimcə oldu və 1986-cı ildən komanda "Göyəzən" adlanmağa başaldı. Elə həmin il klub tarixinin ən parlaq dövrü oldu. Əslən Qazaxın Çaylı kəndindən olan Məhəmməd Şıxıyev vardı. O vaxt Mingəçevirin komandasında oynayırdı. Onu klubumuza cəlb etdik və "Göyəzən"də parladı. Həmin mövsüm Şıxıyev 28 qolla bombardir, biz isə respublika birinciliyində çempion olduq. Bununla SSRİ çempionatında oynamaq imkanı da qazandıq. Komandanı daha da inkişaf etdirmək üçün baş məşqçi postunu tərk etdim və rəis vəzifəsinə keçdim. "Göyəzən"in “sükanı arxasına” isə "Neftçi"nin məşhur müdafiəçisi, SSRİ idman ustası Rəşid Özbəyovu gətirdim. 1987-91-ci illərdə SSRİ birinciliyində mübarizə apardıq. O vaxtı Azərbaycan futbolunun qaymaqları "Göyəzən"də oynayırdı. Asim Xudiyev, Vaqif Sadıqov, Musa Qurbanov, Ramiz Mürşüdov, Novruz Əzimov, Vaqif Nəbiyev, Məqsəd Yaqubəliyev, Elçin Həsənov, Tofiq Mustafayev, İqor Çeremisov və başqalarını qeyd edə bilərəm. "Göyəzən" elə-belə komanda olmayıb. SSRİ dağılandan sonra, 1992-ci ildə Azərbaycan çempionatında çıxış etsək də, maliyyə problemi ilə bağlı yarışı erkən tərk etdik. Sonra həvəskarlar liqasında oynadıq və iki dəfə çempion olduq. Həvəskarlar arasında 2 dəfə qitəmiqyaslı yarışlarda da iştirak etmişik. Bir dəfə Bosniya və Hersoqovinada uğurlu çıxış etdik. Digərində isə Almaniyanın Vertenberq şəhərində final oynasaq da, məğlub olduq. Ümumilikdə 1999-2003-cü illərdə bir neçə dəfə UEFA-nın həvəskarlar arasında təşkil etdiyi turnirlərdə iştirak etmiş və çempion adını qazanmışıq. 2003-cü ildə 1-ci dəstədə çıxışımıza icazə verildi, həmin il 2-ci yeri tutmaqla güclülər dəstəsinə vəsiqə qazandıq. Elitada ilk mövsümü 11-ci yerdə başa vurduq. Növbəti ildə isə 14-cü yeri tutduq və aşağı liqaya düşdük. 1-ci dəstədə 3-cü yeri tutduq. Bu bizim son uğurumuz oldu. Ondan sonra getdikcə maddi vəziyyətimiz pisləşdi. 2017-də isə artıq 1-ci dəstədə çıxışımızı dayandırdıq. Buna rəğmən, Qazaxda futbolun ölməməsi üçün Region Liqasında illərdi çıxışımızı davam etdiririk. Qazaxın futbolsuz qalmaması mübarizəmiz üçün əsas motivasiyadı. Hazırda yerli uşaqlara güvənərək çıxışımızı davam etdiririk.

- Sadaladığınız məşhurlarla bu gün də əlaqəniz var?
- Əlbəttə. Vaxt olduqca görüşürük. Hər dəfə Qazaxa gələndə mənə baş çəkirlər. Hər birinə təşəkkürümü bildirirəm.

- Bombardiriniz Məhəmməd Şıxıyev indi hardadı?
- Hazırda Bakıda yaşayır, taksi sürür.

- Portretiniz diqqətimi çəkdi, bunu fanatınız olan bir rəssam çəkib?
- (gülür) Yox, yaxın tanışım olan bir rəssam vardı, o çəkib. Klubumuzun yaranmasının 20 illiyi şərəfinə çəkib mənə hədiyyə etmişdi.

- Ölkə futbolunda tarix yazan "Göyəzən"i yenidən dirçəlmək üçün hansı işlər görürsüz?
- İllərdi bunun üçün çalışırıq. Dəfələrlə AFFA-ya müraciət etmişik. Heç olmasa, 1-ci divizionda çıxışımıza icazə verilməsini istəyirik. 46 ilin komandasıyıq, ölkə futbolunda tarix yazmışıq. Pis-yaxşı stadionumuz da var. Gəlib baxış keçirsinlər, şərtlərini, tələblərini bildirsinlər. İcazə verilsə, futbol məkanımızı minimum standartlara cavab verəcək vəziyyətə gətirəcəyik.

- PFL-lə müraciət etmisiz?
- Yox.

- AFFA-nın yardımından başqa klubun hardansa maddi dəstəyi var?
- Demək olar ki, yoxdu. Hərdən "Turanbank" cuzi kömək edir. AFFA bizə hər oyun üçün 300 manat ayırır. Heç son 5 oyunumuzun pulunu almamışıq. Yəqin yaxın günlərdə hesabımıza köçürərlər.

- Sponsor axtarırsız? Yəni yerli İcra Hakimiyyətinə, "Qazax Xeyriyə Cəmiyyəti"nə, zəngin iş adamalarına müraciət etmisiz?
- Sadaladıqlarınızın heç birinə ağız açmamışıq. Yalnız AFFA-ya ümid bəsləyirik.

- Stadionunuz baxımsız hala düşüb. Bura şəhərin yeganə futbol məkanıdı. İcra Hakimiyyəti arenanın təmirinə də biganə yanaşır?
- Üzr istəyirəm, indi yadıma düşdü. Stadionumuzun vəziyyətiylə bağlı bir dəfə icra başçısına müraciət etmişik. Şəhər rəsmiləri də qeyd etdi ki, stadion nə İcra Hakimiyyətinin, nə də dövlətin balansındadı. Buranı "Turanbank" icarəyə götürüb və onlar bu işlə məşğul olmalıdı. Bununla yanaşı, İcra Hakimiyyəti gələcəkdə imkan olsa, köməyini əsirgəməyəcəyinə də söz verib.

- "Turanbank" rəsmilərinə necə, müraciət etmisiz?
- Bir neçə il öncə etmişdik. Söz vermişdilər ki, imkan olsa, kömək edəcəyik. Amma bu vaxta kimi nəsə yoxdu. Ümid edirəm ki, nə vaxtsa stadionumuz və klubumuz ilə bağlı yardım əlini uzadacaqlar.

- Belə olan halda futbolçuları necə motivasiya edirsiz?
- Bəli, futbolçularımıza normal maaş verə bilmirik. Yolpulu və cib xərcliyi səviyyəsində nəsə edirik. Heyətdə yer alanların çoxunun başqa işi var. Olmasa, heç dolana bilməzlər. Həm işlərini aşırırlar, həm də komandamızı tək qoymurlar. Sağ olsunlar, bacardıqları qədər kömək edirlər. Birinci divizionda çıxışımıza icazə verilsəydi və AFFA-dan illik 300 min manat yardım alsaydıq, futbolçuların güzəranı bir qədət yaxşılaşardı.

- Bu mövsüm Region Liqasının Qərb zonasında çıxışınızı necə qiymətləndirərdiz?
- Yuxarıda qeyd etdiyim kimi, əsas məqsədimiz Qazaxda futbolu ölməyə qoymamaqdı. Ona görə də iddiamız yoxdu. Yerli gənc futbolçuların inkişafında maraqlıyıq.

- Komandada ancaq qazaxlı gənclər yer alır, yoxsa başqa bölgədən olanlar da var?
- Gənclərə üstünlük veririk. Əsasən Qazaxdan olanlardı. Amma Ağstafa və Tovuzdan olanlar da var. Həmçinin heyətdə təcrübəli Arzuman Vəliyevlə Məhəmməd Babayev də yer alıb. Arzumanın premyer-liqa təcrübəsi var. Bu mövsüm Qərb zonasında bombardir oldu. Ümumilikdə 25 futbolçumuzdan 6-7 nəfəri 16-17 yaşlılardı. Bacardığımız qədər yetirmələrimizə şans vermək, onları peşəkar futbolçu kimi püxtələşdirmək istəyirik.

- Region Liqası artıq sizin üçün bitib. Növbəti mövsüm üçün "Göyəzən"dən nə gözləyək?
- Hazırkı vəziyyətimiz, əsas da maliyyə durumumuz ürəkaçan olmasa da, ümidimizi itirmirik. İnanırıq ki, nə vaxtsa günəş bizim üzümüzə də doğacaq və futbolsevər insanlar “Göyəzən”ə sponsorluq edəcək. Təbii ki, AFFA-dan da gözləntimiz böyükdü. Maliyyə vəziyyətimiz düzəlsə, iştahımız artacaq və sizi əmin edirəm ki, Region Liqasının qalibi olacağıq. "Göyəzən" üçün çempion olmaq çətin deyil. Çünki keçmişi, ənənəsi, titulları olan komandayıq. Sadəcə, bizə bir qədər malliyə dəstəyi lazımdı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətiylə rayonda futbol turniri keçirməyi planlaşdırırıq. Həm "Göyəzən"i, həm də rayonun futbol həvəskarlarının yer aldığı başqa komandaları bir araya gətirib həmin günü futbol bayramı kimi qeyd etmək istəyirik.

- Başqa hansı arzunuz var?
- "Göyəzən"in yaranmasının 45 illiyini keçirə bilməmişəm. Ömür yetsə, sağlamlığım imkan versə, Qazaxın, "Neftçi"nin və digər veteran futbolçu dostlarımla birgə öz aramızda həm yoldaşlıq görüşü keçirmək, həm də komandamızın yubileyini qeyd etmək istəyirəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər
Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 231
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə