• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərə premyer-liqasının 27-ci turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

14-03-2023, 19:0

Hesabat turu bir çox gözlənilməz nəticə ilə yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, ilk növbədə elitada yerini qorumağa çalışanların canfəşanlığı diqqəti çəkir. Turnir cədvəlinin sonunda bir-birinin arxasında qərarlaşan 5 komandadan heç biri uduzmadı. “Everton” “Brentford”un uzun məğlubiyyətsiz oyunlar seriyasına son qoydu. “Bornmut” tarixində 2-ci dəfə “Liverpul”a qalib gəldi. “Sauthempton” bir saat azlıqda oynayan “Mançester Yunayted”lə oyunda qələbəyə yaxın oldu. “Lids” “Brayton”dan, “Vest Hem” “Aston Villa”dan xal aldı. Liderlər dueti qələbə qazandı, “Tottenhem” “Nottingem Forest”i, “Çelsi” “Lester”i məğlub etdi. Nəhayət, turun son oyununda “Nyukasl” “Vulverhempton”dan üstün oldu.

Arteta “Arsenal”ın baş məşqçisi kimi 100-cü qələbəsini qazandı. “Topçular” “Fulhem”i bir hissə ərzində darmadağın etdi. Lider “bağbanlar”a cari mövsümdə 2-ci böyükhesablı məğlubiyyətin acısını yaşatdı. 21-ci dəqiqədə Qabriel hesabı açdı, 5 dəqiqə sonra Martinelli fərqi artırdı, hissənin sonunda isə Edeqor oyunun taleyini həll etdi. Qolların üçündə də assistent rolunu Trossar oynadı, həm də premyer-liqada səfər oyununun ilk yarısında bunu bacaran ilk futbolçu oldu. 2-ci hissədə fərq bir qədər də arta bilərdi. “Fulhem” isə Mitroviçin dirəkdən dönən zərbəsi ilə yadda qaldı.

“Mançester Siti” onun üçün münasib rəqib olmayan “Kristal Pelas”la oyunda xal itirməyə çox yaxın idi. Qonaqların böyük ərazi üstünlüyünə malik olması təəccüb doğurmadı. Ancaq topa nəzarət təhlükəli vəziyyətlərlə müşayiət olunmadı ki, bu da son vaxtlar Qvardiolanın komandası üçün xarakterik haldı. Patrik Vieyranın komandası rəqibin hücumlarının öhdəsindən uğurla gəlirdi. Sakitlik 77-ci dəqiqədə - Olise cərimə meydançasında Gündoğana qarşı kobud oynayanda pozuldu. Holann penaltini inamla yerinə yetirməklə liderlər arasındakı 5 xal fərqini saxladı.

Turun ən gözlənilməz nəticələrindən biri “Old Trafford”da qeydə alındı. MY “Sauthempton”u məğlub edə bilmədi. Çox cəsur oynayan, təşəbbüsü rəqibə verməyən “müqəddəslər” zaman-zaman təşəbbüsə də yiyələnirdi. 34-cü dəqiqədə meydan sahiblərinin problemi bir qədər də dərinləşdi, çünki Alkarasa qarşı sərt “sürüşmə” fəndinə əl atan Kazemiro cari mövsümdə 2-ci dəfə meydandan qovuldu və 4 oyunluq cəzalanacaq. Düzdü, braziliyalıya qırmızı vərəqə verməmək də olardı. Azlıqda qalan MY irəli atıldı və emosiya fonunda hesabı aça bilərdi. Fasilədən sonra təşəbbüs tam Ruben Selyesin komandasının tərəfində oldu. Uord-Prouz tiri, Uoker-Piters dirəyi “nişan aldı”. Elə Fernandeşin zərbəsi də dirəkdən döndü. Bərabərlik pozulmadı. Bu isə o deməkdi ki, mankunianlar indi “Tottenhem”dən cəmi 2 xal irəlidədi.

“Nottingem Forest” ötən ilin sonunda turnir cədvəlində vəziyyətini yaxşılaşdırsa da, yanvardakı transfer axınından sonra komandaya sanki nəsə olub. “Meşəçilər” fevralın əvvəlindən qələbəyə həsrətdi. Problemlərlə üzləşən “Tottenhem” isə bütün turnirlərdəki 3 oyunluq məğlubiyyət seriyasını bitirdi. Sağlıq durumu düzələn Konte yenə meydannın kənarından komandaya rəhbərlik edir. “Mahmızlar” “meşəçilər”lə asanlıqla hesablaşdı, Rişarlisonun debütdəki qolu cüzi ofsayd üzündən sayılmasa da, hissənin ortalarında Keyn dubl etdi. “Nottingem” 2-ci hissədə bir qədər fəallaşdı. Ancaq qol yenə bu komandanın qapısına vuruldu. Son fərqi artırandan sonra hər şey aydın idi. Uorrell 81-ci dəqiqədə fərqi azaltdı. 95-ci uzatma dəqiqəsində isə Ayyu penaltini qaçırdı.

MY üzərindəki darmadağın “Liverpul”un özünəinam hissini artırıb. Görünür, Kloppun komandası “Bornmut”la oyunda məhz rəqibi dəyərləndirməyin qurbanı oldu. Aşkar autsayder “qırmızılar”ın əhvalını korladı. Dərindən müdafiə olunan meydan sahibləri zaman-zaman əks-hücuma çıxırdı. Uattara iki dəfə Alissonla üz-üzə qalsa da, uduzdu. Ancaq məhz həmin Uattara 28-ci dəqiqədə Billinqə məhsuldar ötürmə verdi. Fasilədən sonra “Liverpul”un heyətində artıq 4 hücumçu var idi. Sonradan oyuna qoşulan Jotanın 69-cu dəqiqədə qazandığı penaltini Salah elə bərbad yerinə yetirdi ki, Kloppun təəccübdən gözü kəlləsinə çıxdı. Yeri gəlmişkən, bu, “Liverpul”un cari mövsümdə qazandığı ilk penalti idi. Sona qədər oyunda hesab dəyişmədi. Şəxsi oyunlarda ardıcıl 7 məğlubiyyətdən sonra ilk qələbəsini qazanan cənublular “Liverpul”u göydən yerə endirdi. Daha bir maraqlı məqam: meydan sahiblərinin iştirak ərizəsində 500 gündən artıq sürən fasilədən sonra Bruks da var idi. O “xərçəng”ə qalib gəlib və artıq futbola köklənə bilər.
“Çelsi” premyer-liqada ardıcıl 2-ci, ÇL-i də nəzərə alsaq, 3-cü qələbəsini qazandı. “Zadəganlar”ın “Lester”in qapısına vurduğu 5 qoldan üçü sayıldı. Felişin 1-ci, Mudrikin 2-ci hissədəki qolu ofsayda “qurban getdi”. Komandalar fasiləyə yollanmağa hazırlaşarkən Haverts 2-ci dəfə “Çelsi”ni irəli çıxardı və bu məqam oyunun sonrakı axarı baxımından həlledici oldu. 2-ci hissədə müdafiə olunmağa üstünlük verən qonaqlar sürətli hücumlar da qururdu. 78-ci dəqiqədə məhz belə hücumların birində Kovaçiç yekun hesabı müəyyənləşdirdi. Belə görünür ki, “Çelsi” yenidən avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulur. “Tülkülər” isə ardıcıl 4-cü məğlubiyyətlə barışdı.

Turun qalan oyunlarına gəlincə, “Brayton” səfərdə elitada qalmağa çalışan “Lids”in ciddi müqaviməti ilə üzləşdi. Qonaqlar iki dəfə önə çıxsa da, qələbəni qorumaq mümkün olmadı. Təbii ki, heç-heçə tərəflərdən heç birini qane etmədi. “Everton” isə premyer-liqada qalmaq yolunda önəmli addın atdı. Liverpul təmsilçisi bir müddət əvvəl “Arsenal”ın premyer-liqadakı 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoymuşdusa, bu dəfə “Brentford”u 12 turdan sonra ilk məğlubiyyətlə barışmağa məcbur etdi. Oyunun taleyini Maknilin 35-ci saniyədə vurduğu yeganə qol müəyyənləşdirdi. Bu məğlubiyyət “arılar”ın avrokuboklara vəsiqə iddiasına zərbə vurdu.

“Nyukasl”ın az qala iki ay sürən qələbəsiz seriyası “Vulverhempton”la ev oyununda bitdi. “Sağsağanlar”ın ilk yarıdakı böyük ərazi üstünlüyü İsakın 26-cı dəqiqədə vurduğu qolda əksini tapdı. “Canavarlar” 70-ci dəqiqədə hesabı bərabərləşdirdi və bununla da arxayınlaşdı. 68-ci dəqiqədə meydana çıxan Almiron 11 dəqiqə sonra “Nyukasl”ı sevindirən qolu vurdu.

“Vest Hem” – “Aston Villa” oyunu 1:1 hesabıyla bitdi. “Çəkicdöyənlər” 18-ci yerdəki “Bornmut”u yalnız əlavə göstəricilərə görə qabaqlayır.

Faktlar
* Keyn 20 və daha çox qol vurduğu mövsümlərin sayını 6-ya çatdırdı. 29 yaşlı hücumçu belə mövsümlərin sayına görə MS-nin sabiq forvardı Aqueroya çatdı. Bu göstəricidə 1-ci yerdə “Blekbern” və “Nyukasl”ın sabiq forvardı Şirer (7 mövsüm) qərarlaşıb.
* Cari mövsümdə 28-ci qolunu vuran Holann Endi Koulla Şirerin mövslümlük rekorduna çatmaq daha 6 dəfə fərqlənməlidi.
* “Kristal Pelas” bütün turnirlər çərçivəsində son 11 oyunda qələbə qazanmayıb (6 məğlubiyyət, 5 heç-heçə). Vieyranın komandası sonuncu dəfə ötən il dekabrın 31-də “Bornmut” üzərində qələbəyə sevinib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Aktual
Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 01:25
    "Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas
  • Bu gün, 00:59
    İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi
  • Bu gün, 00:41
    "Yeni transferlərlə güclənməyə ehtiyacımız var " - Kaxaber Sxadadze
  • Bu gün, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 23:51
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
  • Dünən, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Dünən, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Dünən, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Dünən, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Dünən, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Dünən, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Dünən, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Dünən, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Dünən, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Dünən, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Dünən, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Dünən, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Dünən, 17:40
    MY-dən daha bir transfer
  • Dünən, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Dünən, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Dünən, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Dünən, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Dünən, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Dünən, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Dünən, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Dünən, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Dünən, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Dünən, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Dünən, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Dünən, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Dünən, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Dünən, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Dünən, 10:00
    Yusif İmanov "İmişli"də
  • 13-07-2026, 23:0
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 228
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 146
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə