Azərbaycan klubları neçənci sıradadı? - UEFA reytinqi

16.10.2026 13:28 27
Ölkə futbolu
UEFA-nın yenilənmiş klub reytinqində Azərbaycan təmsilçilərinin mövqeləri məlum olub.

"Football-plus.az" xəbər verir ki, siyahı bu həftə başa çatan Avropa kuboklarının oyunlarından sonra hazırlanıb.

Reytinqdə ölkəmizin ən yüksək pillədə qərarlaşan klubu “Qarabağ”dı. Ağdam təmsilçisi 60-cı yeri tutur. Ən çox irəliləyişə "Sabah" nail olub. Onlar 147-ci yerdən 131-ci pillyə qalxıb (+16).

Klublarımızın UEFA reytinqindəki mövqeləri belədi:

60. “Qarabağ”
131. "Sabah”
222. “Zirə”
265. “Neftçi”
298. “Araz-Naxçıvan”
299. “Sumqayıt”
300. “Qəbələ”

Reytinq son 5 mövsümün nəticələrinə əsasən hazırlanıb.