“Çelsi”yə qarşı oynaya bilməyəcəklər

4.04.2023 20:51 238
Dünya futbolu
“Liverpul” bu gün İngiltərə premyer-liqasında keçiriləcək “Çelsi” ilə matça itkilərlə çıxacaq.

“Football-plus.az” xəbər verir ki, komandanın zədəli futbolçuları Luis Dias ilə Tyaqo Alkantara paytaxtdakı oyunda iştirak etməyəcəklər. Bu məlumatı baş məşqçi Yürgen Klopp açıqlayıb: “Luis növbəti oyunda olmayacaq. Onun “Arsenal”a qarşı oynayacağını deyə bilmərəm, çətin görünür. Tyaqonun necə olduğunu yaxın günlərdə görəcəyik. “Çelsi”yə qarşı oynamayacağı dəqiqdi”.

Qeyd edək ki, “Çelsi” – “Liverpul” bu gün saat 23.00-da başlayacaq.