Cüdo millimizin üzvü Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
"Football-plus.az" saytının məlumatına görə, təmsilçimiz ilk yarış günündə həlledici görüşdə çinli Yeqing Junu məğlub edib.
Turan Bayramov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun finaldakı "qurban"ı gürcü Giorgi Sardalaşvili olub.