İki qadın idmançımız Avropa çempionu ola bilər

25.03.2023 14:56 195
İdman
İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatı keçirilir.

"Football-plus.az" saytının məlumatına görə, təmsilçilərimizdən ikisi finala yüksəlib. Söhbət İrina Zaretska (68 kq) və Fəridə Əliyevadan (+68 kq) gedir.

Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) isə bürünc medal uğrunda döyüşəcək.

Qeyd edək ki, Avropa çempionatında 48 ölkədən 468 idmançı mübarizə aparır.