YAŞAT Fondu və AFFA təqdirəlayiq addım atıb.
"Football-plus.az" xəbər verir ki, qurumların birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin bakalavr pilləsinə dövlət qəbul imtahanında ən yüksək bal toplamış şəhidimiz Fəqan Xudaverdiyevin övladı Elton Xudaverdiyev futbol üzrə əsas milli komandamızla birgə Avstriya və İsveç səfərinə yollanıb.
Şəhidlərimizin əmanətlərini elm, təhsil sahəsində ən böyük zirvələrdə görmək üçün YAŞAT Fondu həm onların təhsilinə yatırım edir, həm də uğurlarını mükafatlandırmağa çalışır.