"Barselona" futbolçusu Frendi De Yonqa mətbuata danışmağı qadağan edib.
"Football-plus.az" "Mirror"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçinin transferi ilə bağlı "Mançester Yunayted"lə danışıqlar yekunlaşana kimi bu addımı atmasını istəyir.
Qeyd edək ki, "Barselona" "qırmızı şeytanlar"ın 70+10 milyon avroluq təklifini müsbət cavablandırmayıb. Klubun 25 yaşlı oyunçu üçün 85 milyon avro istədiyi bildirilir.