Makqreqor harda, dava orda!

9.03.2023 20:30 238
İdman
Vaxtilə Azərbaycan futbolunda populyar bir deyim var idi: Ağasəlim Mircavadov harda, çempionluq orda!

İndi bu cümlədə mübtədanı dəyişmək, Ağasəlim bəyin yerinə Konor Makqreqoru qoymaq lazımdı.

“Football-plus.az” xəbər verir ki, UFC-nin yüngül və yarımyüngül çəkidə sabiq çempionu “The Ultimate Fighter” şousunun 31-ci mövsümünün çəkilişində Maykl Çendlerlə dartışıb.

Bu haqda xəbəri insayder Emi Kaplan “tvitter” hesabında yayıb:

“TUF 31-in çəkilişində döyüşçülərdən kimsə nokauta salındı. Konor Makqreqor dərhal oktaqona sıçradı, Maykl Çendleri itələdi, komandalar da qəfəsə yürüdülər, ardından komissiya araya girib dalaşanları ayırdı”.


UFC-nin rəhbəri Dana Uayt da dolasıyla dava-dalaş faktını təsdiqləyib. Makqreqorl Çendler “The Ultimate Fighter 31” şousuna qatılanların baş məşqçiləridi. Mövsümün sonunda onlar da üz-üzə gələcək.