Voleybol üzrə Azərbaycan çempionatlarında 11-ci turun proqramı

8.03.2023 11:45 247
İdman
Kişilər və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında 11-ci turun proqramı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, hər iki liqada turun oyunları eyni gündə keçiriləcək.

Kişi voleybolçular martın 9-da, qadınlar isə bir gün sonra meydana çıxacaqlar.

9 mart
Yüksək Liqa (kişilər)
4-cü dövrə (11-ci tur)
“Murov” - MOİK (CBC sport-canlı) 11.00
“Xarı bülbül” - “Neftçi” 18.00

10 mart
Yüksək Liqa (qadınlar)
4-cü dövrə (11-ci tur)
“Abşeron” - “Azərreyl” 16.00
UNEC - “Murov” 18.00