Badmintonçularımız beynəlxalq turnirdə medal qazandı

27.02.2023 11:24 236
İdman
Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar.

"Football-plus.az" xəbər verir ki, onlar kişi badmintonçuların qoşa kateqoriyasında beynəlxalq turniri ikinci pillədə tamamlayıblar.

Mübarizəyə 1/16 finaldan başlayan cütlük İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəliblər.

Edi-Ezmi tandemi həlledici görüşdə Tailand badmintonçularına 0:2 (19:21,18:21) hesabı ilə məğlub olublar.