"Bavariya" ilkə imza atdı

26.02.2023 23:15 218
Dünya futbolu
"Bavariya" xüsusi göstəriciyə imza atıb.

Football-plus.az xəbər verir ki, münhenlilər bu mövsüm bütün yarışlarda 100 qol vurub. Komanda "böyük beşlik" klubları arasında bunu bacaran ilk kollektiv olub.

"Bavariya" buna bundesliqanın 22-ci turunun Berlin “Union”u ilə qarşılaşmasında imza atıb. Görüş münhenlilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib.