"Qarabağ"ın futbolçusu Belçika klubunun hədəfində - Tarixi oyuna 12 saat qaldı

23.02.2023 12:00 959
Aktual
"Qarabağ"ın üzvü Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, müdafiəçi ilə "Anderlext" yaxından maraqlanır. "Voetbalnieuws" nəşrinin məlumatına görə, klubun idman direktoru Yesper Fredberq bu gün keçiriləcək "Gent" - "Qarabağ" matçında futbolçunu yaxından izləmək üçün skaut göndərəcək. Bundan sonra Brüssel təmsilçisi Elvin haqda qərar verəcək.

Qeyd edək ki, 23 yaşlı müdafiəçinin Ağdam təmsilçisi ilə 2026-ci ilin iyununa kimi müqaviləsi var.