Gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ın Konfrans Liqasının pley-offunda "Gent"lə cavab oyunu öncəsi özünün "Feysbuk" səhifəsində paylaşım edib.
Football-plus.az xəbər verir ki, o, Ağdam təmsilçisinin baş məşqçisi və futbolçularının adının yer aldığı fotonu paylaşaraq "İnanırıq" sözünü yazıb.
Qeyd edək ki, bu gün Belçikada keçiriləcək "Gent" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk matç Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
