Cari mövsümdə qol sayını 15-ə çatdıran Levandovski yalnız Kriştiano Ronaldodan geri qalır.
Football-plus.az xəbər verir ki, polşalı hücumçu 19-cu oyunda 15-ci qolunu vurdu.
21-ci əsrdə yalnız Ronaldo 15-ə Levandovskidən tez çatıb. Portuqaliyalı ulduz 2009/10 mövsümündə “Real”ın heyətində 15 qolu 17 oyunda vurub.