• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa Superliqasının yeni formatı münaqişəni daha da gərginləşdirdi - TƏHLİL

Dünya futbolu

12-02-2023, 18:0

2022-ci ildə Avropa Superliqası layihəsinin yeni baş direktoru təyin edilən Bernd Rayxart UEFA-nı qorxuya salan açıqlama vermişdi.

O, hələ ki kağız üzərində olan turnirin reallaşması üçün növbəti cəhdin ediləcəyinə işarə vurmuşdu. Artıq Superliqa layihəsini dəstəkləyən “A22 Sports Management” şirkəti turnirin yeni formatını açıqlayıb.

İlk cəhd uğursuz alınmışdı
Xatırladaq ki, 2021-ci il aprelin 18-də “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” (hamısı İngiltərə), “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) Superliqanı yaratdıqlarını rəsmən bəyan etmişdi. Lakin iki gündən sonra “Real”, “Barselona” və “Yuventus”dan başqa digər klubların layihədən çıxmasıyla yeni turnirin başlaması ilə bitməsi bir olmuşdu.
Amma təxminən iki il əvvəl fəaliyyətini dayandıran layihənin bir neçə ildən sonra yenidən start götürməsi gözlənilirdi: artıq ötən ilin payızında qitənin bəzi aparıcı klublarının bu ideyanı 2024-cü ildə həyata keçirməyi planlaşdırdığı məlum olmuşdu.

Madrid məhkəməsi təsisçiləri ümidləndirdi
Yanvarın sonunda Superliqanın təsisçiləri olan “Real”, “Barselona” və “Yuventus”un məhkəmədə UEFA və FİFA-ya qalib gəlməsi bu planda vəziyyəti xeyli qəlizləşdirmişdi. Xatırladaq ki, Madrid əyalət məhkəməsi ideyanın yaradıcılarının apellyasiyasını qəbul etməklə onların maraqlarını müdafiə edən qərar çıxarmışdı. Həmin qərarda Avropanın və dünyanın ali futbol qurumlarının layihəni həyata keçirmək istəyən klublara qarşı hər hansı sanksiya verə bilməyəcəyi vurğulanmışdı. Başqa sözlə, məhkəmə yalnız elit səviyyədə olan komandalardan ibarət başqa liqa yaratmaq istəyən klublara hüquq vermişdi.
Halbuki Avropa Məhkəməsi daha əvvəl UEFA və FİFA-nın bu qurumların bayrağı altında keçirilən turnirləri inhisarı altına almadığını və Avropa İttifaqının rəqabət haqqında qanununa zidd fəaliyyət göstərmədiyini bəyan etmişdi. Göründüyü kimi, Madrid məhkəməsinin son hökmü klublarla ali futbol qurumları arasında uzun müddət mövcud olan maraqların münaqişəsini daha da gərginləşdirib. Necə deyərlər, bu mürəkkəb prosesdə baş verəcək növbəti hadisələri zamanın axarına buraxmaqdan başqa yol qalmır...

Superliqa artıq qapalı turnir deyil
Qeyd edək ki, Superliqanın ilk formatı heç də birmənalı qarşılanmamışdı. Layihəyə daxil olmayan qitənin əksər klublarının əsas narazılığı turnirin qapalı xarakterli olması və yalnız bir divizionun nəzərdə tutulması ilə bağlı idi. Təşkilatçılar artıq yeni formatda bunu nəzərə alıblar. “A22 Sports Management” şirkətinin baş direktoru Rayxart “Die Welt” nəşrinə müsahibəsində təsisçi klubların layihənin yeni versiyasını işə salmaqda qərarlı olduqlarını bildirib. Onun dediyinə görə, şirkət ötən ilin oktyabrından indiyədək 50-dək Avropa klubu ilə məsləhətləşmələr aparıb. Bu prosesin nəticəsində turnirin yeni formatda təşkili qərara alınıb.
Avropa Superliqası yeni versiyada qapalı turnir sayılmayacaq. Yəni yarışda daimi üzvlər olmayacaq, təxminən 60-80 iştirakçı komandadan ən azı 3 divizion yaradılacaq. Hər bir komanda mövsüm ərzində ən azı 14 oyun keçirəcək və eyni zamanda öz milli liqalarında iştirak edəcək. Hələlik klubların divizionlara bölgüsü ilə bağlı təfərrüatlar açıqlanmayıb. Turnirdən kənarlaşdırma sisteminin necə olacağına da qərar verilməyib. İrad və təkliflər əsasında yenilənmiş formatda 3 təsisçi klub (“Real”, “Barselona”, “Yuventus”) belə uğursuz çıxışa görə aşağı diviziona düşə bilər. Turnirdə iştirak edəcək hər bir klub maddi vəziyyətini kifayət qədər yaxşılaşdırmaq imkanı əldə edəcək. Qazanc UEFA-nın avrokuboklarda iştiraka və uğurlu çıxışa görə nəzərdə tutduğu mükafatın məbləğindən daha çox olacaq. Superliqaya bir müddət əvvəl elan edildiyi kimi, 2024/25 mövsümündən start verilməsi nəzərdə tutulur.

La Liqadan “Real” və “Barselona”ya qadağa
Deyəsən, Rayxartın son açıqlaması UEFA rəhbərliyi kimi, Xavyer Tebası da çox narahat edib. Onun prezidenti olduğu İspaniya La Liqası “Real” və “Barselona”nın Avropa Superliqasının TV hüquqları ilə bağlı danışıqlarda iştirakına qadağa qoyub. İspaniya mənbələrinin məlumatına görə, əslində Tebas bu qərarı layihənin yeni formatı ilə bağlı yayılan xəbərdən bir qədər əvvəl verib. O, bu qənaətə Superliqanın mümkün təsirlərinin proqnozunu verən KPMG konsaltinq firmasının və İspaniya hüquq şirkəti olan “Uria Menendez”in məsləhəti ilə gəlib. Belə ki, KPMG-nin proqnozuna görə, Superliqa layihəsi La Liqada bu turnirə daxil olmayan klubların TV hüquqlarının dəyərini ciddi şəkildə zədələyəcək, İspaniya daxilində teleyayın hüquqlarının dəyərini 10 faiz, beynəlxalq səviyyədə isə 25 faiz ucuzlaşdıracaq.
Superliqanın qatı əleyhdarı olan Tebasın srağagün sosial şəbəkədə Şarl Perronun “Qırmızı papaq” nağılının motivləri əsasında Emerson Koenin karikaturasını yerləşdirməsi diqqəti cəlb edib. Karikaturada Superliqa nənənin ləçəyinə bürünən canavar, Avropa futbolu isə Qırmızı papaq rolunda göstərilib.

Reaksiyalar
Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “Superliqa nənə cildinə girməklə Avropa futbolunu aldatmağa çalışan canavardı. Amma onun çox böyük dişləri var. Avropada 4 divizion? Onlar, əlbəttə ki, yüksək liqada olacaqlar. 2019-cu ildəki islahatlarda nəzərdə tutulduğu kimi. Bəs idarəçilik necə olacaq? Aydın məsələdi ki, bütün işlərin başında nəhənglər dayanacaqlar. Bundan yalnız bir neçə zəngin klub əlavə güc ala bilər. Kiçik və orta komandalar isə yalnız səsvermə hüququ əldə edəcəklər. Liqanın 100 faiz açıq olacağını deyirlər, amma reallıq ondan ibarətdi ki, bundan yalnız bir neçə zəngin klub faydalanacaq. Bir neçə diviziona bölünməkdən danışırsınızsa, eyni zamanda yalnız bir neçə klubun elit divizionda yer almasına zəmanət verilirsə, deməli, modeliniz 100 faiz açıq deyil. Bu, yalan vəddi. Bunlar reallaşsa, bildiyimiz kimi, futbol öləcək”.
Kevin Maylz, Futbol Azarkeşləri Assosiasiyasının rəhbəri: “Bu baş verməyəcək. Onların təqdim etdikləri son plan, sadəcə, dünyaya hələ var olduqlarını xatırlatmaq cəhdidi. Amma bu, yalnız küləyin əsməsidi. İstənilən halda cənazənin qıc olmasına bənzəyir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-10-2022, 18:0

Avropa superliqası bu zaman ərzində başlayacaq

Dünya futbolu

22-10-2022, 20:0

İspaniyada yeni idman qanunu ölkə çempionatını “dayandıra” bilər

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Daha çox
Oxunub: 204
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 95
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə