• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əsas məqsədimiz beynəlxalq arenalarda mübarizə aparmaq və bayrağımızı dalğalandırmaqdı” - Rəşad Qocayev

İdman

10-02-2023, 15:0

Ölkəmizdə ənənəvi idman növlərindən biri də boksdu. Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin gəncləri də “yumruq davası”na ciddi maraq göstərir. Onlara boksun sirlərini isə Rəşad Qocayev öyrədir.

"Footbal-plus.az" olaraq 5 illik məşqçi təcrübəsinə malik olan mütəxəssislə söhbətdə əvvəlcə problemlərə toxunduq:

“Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, boksda da zərərli nəticələrə səbəb oldu. İdman zallarının qapadılması, bir çox gəncin koronavirusla mübarizə aparması halları bu sahəni çox geri atsa da, gənclərimizin idman həvəsini birə-beş artırdı. İndi idmançılarımız arasında rəqabət daha güclüdü.

Boks ağırlığı ilə seçilir, idmançıdan daim hazırlıqlı olmağı tələb edir. Ümumiyyətlə, peşəkar boksçular həftənin bir günü istisna olmaqla hər gün məşq etsələr, daha yaxşıdı. Azyaşlılar isə həftədə 3 gün hazırlıq keçməlidi. İdmançının yüksək inkişaf səviyyəyə çatması üçün, sadəcə, həvəs və mənəvi dəstək kifayət etmir. Ona görə də hazırlıq zamanı zalda elə bir ab-hava yaradılmalıdı ki, idmançı özünü döyüşdə hiss etsin. Vacib avadanlıqlarımız var. Çatışmayan rinqdi. Bəllidi ki, rinq boksun sütunudu və boksçunu gerçəklərlə üzləşdirir. O da olsaydı, Ceyranbatanın yetirmələri hazırlıq mərhələsində daha böyük uğurların təməlini qoyardılar”.

Qocayevin fikrincə, boks daha ciddi diqqətə layiq idman növüdü:

“Təəssüf ki, respublika daxilində keçirilən yarışların sayı çox azdı. Fərqli tədbirlər sayəsində bu çatışmazlığı aradan qaldırmaq olar. Boksu diri saxlayan rəqabətdi. Rəqabət olmayan yerdə inkişafdan və beynəlxalq uğurlardan danışmaq mümkün deyil. Boks cəld hərəkət, dəqiq zərbə tələb edir. Tapşırıqların öhdəsindən gəlmək üçün isə fəal hazırlıq lazımdı. Ardıcıl turnirlərin, dostluq yarışlarının təşkili vacibdi. Bu baş verərsə, idmançıların məsuliyyətinə, performansına və gələcək uğurlarına böyük təkan olar.

Onu da əlavə edim ki, burda idman mediasının da üzərinə böyük vəzifə düşür. Telekanallarda, saytlarda və qəzetlərdə boksun təbliği bizə böyük motivasiya verir. Cəmiyyətin bu yöndə düzgün maarifləndirilməsi də vacibdi. Hələ də boksun ağırlığına görə övladını bu idman növündən yayındıran valideynlərə rast gəlirəm. Onlara deyirəm ki, boks böyüdüləcək qədər zərərli deyil. Biz həm məşqlərdə, həm də rəsmi yarış və turnirlərdə bütün təhlükəsizlik tədbirlərinə riayət edirik. Yaradılan rahat şəraitlə də hər kəsi tanış edirəm. Yaşından asılı olmayaraq, heç bir idmançı müəyyən hazırlıq mərhələlərindən keçmədən peşəkar idmançılarla mübarizəyə cəlb olunmur.

Ümumiyyətlə, boksun başqa idman növlərinin kölgəsində qalmasına razı ola bilmərik”.

Rəşad bəy Ceyranbatan boksunun Azərbaycan idmanına töhfələrini də diqqətə çatdırdı:

“Həvəskar gənclərimizin çalışqanlığı, məsuliiyətli yanaşma və rəqabət prinsipləri məni qürurlandırır. Tələbələrimdən Hüseyn Hacıyevlə (63 kq) Həsən Hacıyev (60 kq) yeniyetmələr arasında Azərbaycan birinciliyində ikinci olub. Qiyas Mehdiyev “Təhsil” İdman Cəmiyyətinin Respublika birinciliyində qalib gəlib. İki ilini pandemiya ilə mübarizəyə qurban verdiyim 5 illik məşqçi karyeramın bu uğurlarla yadda qalması mənim üçün çox dəyərlidi.

Ceyranbatanda sadaladığım və daha böyük uğurlar qazanacaq idmançılar çoxdu. Burdakı həmkarlarımın yetirmələri də böyük uğurlara imza atıb. Qəsəbəmiz Azərbaycan bayrağını başqa ölkələrdə dalğalandıran bokçular yetişdirib. Gənclərimiz də həmin idmançılardan nümunə götürür. Əlbəttə, 5 il ölkə və beynəlxalq arena üçün az vaxtdı. Qazandığımız uğurlar bu işin öhdəsindən gələ biləcəyimizin bariz nümunəsidi. Ceyranbatan da daxil olmaqla ölkəmizin hər bölgəsində saysız-hesabsız boksçuların yetişdiyinə əminəm. Bizim vəzifəmiz isə onlara dəstək olmaq, doğru istiqamətə yönəltməkdən ibarətdi. Məşqlərimiz fasiləsiz davam edir. Boks elə sahədi ki, çox dincəlmək idmançını yorur. Biz də buna yol verməmək üçün çalışırıq.

Ceyranbatan idmançıları həqiqətən peşəkar olmaq yolunda inamla addımlayır. Əsas məqsədimiz beynəlxalq arenalarda mübarizə aparmaq və bayrağımızı dalğalandırmaqdı. Bu yolda bütün həmkarlarıma və idmançılara uğurlar arzulayıram”.

Həmsöhbətimiz sonda Ceyranbatan boksunun inkişafına maddi və mənəvi cəhətdən dəstək olanlara da təşəkkür etdi:

"Dəfələrlə respublika çempionu, Avropa ikincisi olan, hələ də ürəyi boksla döyünən Rauf İsayev ilk günlərdən köməyini bizdən əsirgəməyib. Sözün əsl mənasında boksa sahib çıxır, Ceyranbatanda yaşayan idmançıların məşq prosesi və yarışlara qatılması üçün lazım olan vəsaiti ayırır. Rauf bəyin adını çəkmək mənəvi borcumdu".

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman

30-07-2022, 19:0

Azərbaycan Stronqmen Federasiyasının 5 illiyi qeyd olunub

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə