Azarkeşlər söyüş söydü, polis müdaxilə etdi

5.02.2023 19:08 298
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 21-ci turunda "Neftçi" "Sumqayıt"ı qəbul edir.

Football-plus.az xəbər verir ki, oyunun gedişatında "ağ-qaralar"ın azarkeş qrupu olan "Neftçimania" polislər tərəfindən tribunadan uzaqlaşdırılıb. Buna səbəb fanatların təhqiramiz ifadələr işlətməsi olub.

Qeyd edək ki, "Neftçimania" ötən tur "Zirə" ilə oyunda da Emin Mahmudovun əlehinə şüarlar səsləndirmişdi.

RƏŞAD