Lionel Messi karyerasını PSJ-də davam etdirəcək.
Football-plus.az xəbər verir ki, bu barədə məlumatı "Diario sport" yayıb.
Nəşrin iddiasına görə, Paris klubu təcrübəli futbolçu ilə müqavilənin müddətini ən az iki mövsümlük uzadacaq.
İnformasiyada bildirilib ki, argentinalını maraqlandıracaq başqa yaxşı təklifin olmaması onun bu qərarı verməsinə səbəb olub. Maaşının da artırılması ulduz futbolçunun Parisdə qalmasını qətiləşdirib.