Ayaz Quliyev məşqçini təkbətək davaya çağırıb?

19.01.2023 14:36 289
Ölkə futbolu / Manşet
Bir müddət əvvəl adı “Neftçi” ilə yanaşı hallanan, hətta milliyə cəlb olunacağı gözlənilən Ayaz Quliyev yeni qalmaqal yaradıb. Rusiya mətbuatında yazılanlara inansaq, Quliyev bu dəfə şərəfini qoruduğu “Ximki”nin məşqçisi Spartak Qoqniyevi təkbətək davaya çağırmaqla diqqət mərkəzinə düşüb.

Football-plus.az xəbər verir ki, bu haqda “sport-ekspress” portalı xəbər yayıb. Ancaq “sports.ru” saytına açıqlama verən futbolçu yazılanları təkzib edib: “Başa düşə bilmirəm ki, niyə həmişə məni pis oğlan kimi qələmə verməyə çalışırlar. Ola bilsin, bunda mənim də günahım var. Mənimlə münüsaibətiniz olsa bilərsiz ki, heç də söylənilən kimi deyiləm. Bəlkə də kimlərinsə xoşuna gəlmirəm və bu səbəbdən məni gözdən salmağa çalışırlar. Necə yəni məşqçini təkbətək davaya çağırmışam?”

Ancaq Ayaz onu da etiraf edib ki, Qoqniyevlə arasında narazılıq yaşanıb:

“Bəzən komanda da anlaşılmazlıq olur. Məşqçi ilə də aramızda narazılıq yaşanıb. Etiraf edirəm, heç də “şirin söhbət” etmədik. Ancaq sonda bir-birimizi başa düşdük. İkili söhbətdə bütün suallara aydınlıq gətirdik. Söhbət zədəmdən gedirdi. Ondan sonra fərdi plan tərtib olundu ki, onunla məşq edirəm”.


RƏŞAD