"Futbolçular ritmi saxlaya bildilər" - "Voyvodina"nın baş məşqçisi

19.01.2023 11:59 228
Dünya futbolu
"Voyvodina"nın baş məşqçisi Milan Rastavaç "Sabah"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Football-plus.az xəbər verir ki, serbiyalı mütəxəssis 2:4 hesabıyla uduzduqları matçla bağlı klubun rəsmi saytına açıqlama verib

"Oyunun əvvəlləri yaxşı keçdi. Fiziki durumumuz oynamağa imkan verdi. Futbolçular ritmi saxlaya bildilər. Yaxşı anlarımız var idi. Bəzi şeylərin daha yaxşı görünməsi mənim üçün vacibdi. İşləməyə davam edəcəyik. Ümumi olaraq, komandamın oyunundan razı qaldım".