"Səbail"də yeni hücumçu

14.01.2023 17:51 294
Premyer-liqa
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. "Dənizçilər" Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomislə 1 illik müqavilə imzalanıb. 30 yaşlı forvardın son klubu Fransa "Pau"su olub.