"Ümid edirəm, bir müddət futbol oynamağa davam edər" - Ançelotti

3.01.2023 16:11 292
Dünya futbolu
"Real"ın baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda karyerasını bitirəcəyi iddia edilən Toni Kroosla bağlı açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, italyan mütəxəssis alman yarımmüdafiəçinin gələcəyi haqda bunları deyib:

"Bir azarkeş kimi onun futbolu buraxa biləcəyini düşünmək çətindi. Daha əvvəl karyerasını "Real"da sonlandırmaq istədiyini söyləmişdi. Ümid edirəm, bir müddət futbol oynamağa davam edər".

Toni 2014-cü ilin yayından "Real"da forma geyinir. 32 yaşlı futbolçunun sözləşməsi mövsümün sonuna qədərdir.