Kroos gələn il qərar verəcək

8.11.2022 19:15 315
Dünya futbolu
Toni Kroos hələ ki qəti qərara gəlməyib.

Bir müddət əvvəl onun karyerasını mövsümün sonunda başa vurmağı düşündüyü haqda xəbər yayılmışdı. “Real”ın yarımmüdafiəçisi futbolçu həyatı ilə bağlı qərarını gələn ilin əvvəlində verəcək. Alman futbolçunun daha bir il top qovmaq imkanı var. Belə ki, klubu ona yeni təklif irəli sürməyə hazırdı.