• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Holannı “Lids”i sevməyə sövq edən nədi?

Dünya futbolu

30-12-2022, 23:0

“Lids” dünən gec saatlarda başlayan oyunda “Mançester Siti”ni qəbul etdi.

Bu oyun ətrafına gedən müzakirələrin mərkəzində Erlinq Holann dayandı. Əvvəlcə yorkşirlilərin baş məşqçisi Cessi Marş mətbuat konfransında bu məqama toxundu:

“Bu mövsümün təqvimi açıqlananda Erlinq mənə mesaj yazdı. “Boksinq Dey” günlərində oynamağımız onu həyəcanlandırmışdı. Sözarası ona “Lids”lə oyun ərəfəsində kiçik əzələ zədəsi almağa “icazə verdim”.


“Siti”nin baş məşqçisi Pep Qvardiola isə amerikalı həmkarının dediklərinə belə reaksiya verdi:
“Çox ümid edirəm ki, rəqib düşərgənin xoş sözləri Erlinqi yoldan çıxarmayacaq. Düşünürəm ki, Holann oyuna hazır olacaq. Və ona də əminəm ki, Cessi meydanda ən yaxşı futbolçularımıza qarşı oynamaq istəyərdi”.


Bəs Holannın “Elland Roud”dakı dünənki oyunu ətrafında niyə belə ajiotaj yaranmışdı? Gəlin, bu suala birlikdə cavab verək. Norveçli hücumçunun “Lids” ilə bağlılığını göstərən bir neçə maraqlı fakt var.

1-ci fakt: Holannın atası “Lids”də oynayıb
Heç kimə sirr deyil ki, Erlinq Holann futbolçu sülaləsindəndi. Onun atası Alf-İnqe də futbolçu olub. Ata Holann karyerasının böyük hissəsini İngiltərədə keçirib, bu ölkə ilə bağlı karyerasında üç klubdan biri isə məhz “Lids” olub.

Norveçli yarımmüdafiəçi 1997-2000-ci illər aralığını “Elland Roud”da keçirib, “Lids”lə UEFA kubokunun 1999/00 mövsümündə yarımfinala qədər irəliləyib, “Qalatasaray”la məşhur oyunları ölkəmizdə hər kəs xatırlayır.

Böyük Holannın “Lids” karyerasının ən paraqlı məqamı “Mançester Yunayted”in ulduzu Roy Kinlə aralarındakı münaqişədi. 1997-ci ilin sentyabrında keçirilən növbəti “qızılgül derbisi”ndə bu iki futbolçu oyunboyu bir-birinə qarşı sərt mübarizə apardı. Epizodların birində MY-nin xavbeki xaçabənzər bağın zədəsi ilə üzləşdi. Holann isə ona inanmayaraq üzərinə qışqırdı ki, ayağa qalx! Nəticədə Royu xərəkdə apardılar, irlandiyalı həmin mövsümdə bir daha meydanda görünmədi.

4 il sonra Kin artıq “Mançester Siti”nin şərəfini qoruyan norveçlidən qisas aldı. Holannın sağ dizinə sərt zərbə endirən irlandiyalı meydandan qovuldu. Bu zədə Alf-İnqeyə baha başa gəldi, o, tezliklə karyerasını bitirməli oldu.

2-ci fakt: Erlinq Lidsdə doğulub
Kiçik Holann 2000-ci il iyulun 21-də Lidsdə dünyaya gəlib. Həmin vaxt onun atası hələ “Lids”də oynayırdı. Holann ailəsi İngiltərəni 2004-cü ildə tərk etdi. Onda Alf-İnqe Norveçə, doğma Bryune şəhərinə qayıtmağa qərar verdi.

3-cü fakt: Erlinq “Lids”in heyətində premyer-liqanı qazanmaq istəyir
Ən azı norveçli forvard özü 2017-də bunu iddia edirdi. Onda Erlinq “Aftenposten” nəşrinə müsahibəsində belə demişdi: “Mümkün qədər yaxşı oynamaq istəyirəm. Arzum “Lids”lə premyer-liqanı qazanmaqdı. Başqa bir hədəfim atamla müqayisədə daha yaxşı futbolçu olmaqdı. Ondan daha çox oyun keçirmək istəyirəm”.

4-cü fakt: Erlinq “Lids”in oyunçusu ola bilərdi
Hələ 2018-də - Erlinq Holann ad-soyadı geniş publikaya bəlli olmayanda “Lids”in skautları gənc istedadla maraqlanmışdılar. Həmin vaxt hücumçu “Molde” ilə Norveç çempionatında “at oynadırdı”. 2018-in yayında “ağlar” Norveç klubuna konkret təkliflə üz tutdu, onlar perspektivli oyunçunu 2,5 milyon funta almaq istəyirdilər. Ancaq “Molde” tərəfi düşündü ki, belə aşağı məbləğə ulduzu buraxmağa dəyməz. “Lids” israr etmədi və hücumu daha etibarlı birisi ilə gücləndirməyə qərar verdi. Nəticədə “Elland Roud”a “Midlsbro”dan 7 milyon funta alınan Patrik Bemford təşrif buyurdu.
Erlinq isə cəmi yarım il sonra “Zaltsburq”a qoşuldu, avstriyalılar hücumçuya görə 4 milyon funt ödədi. Məhz Avstriyada norveçlinin ulduzu parlamağa başladı.

5-ci fakt: Erlinq Marşın rəhbərliyi altında çalışıb
2019-un yayında Holannın formasını geydiyi “Zaltsburq”un “sükanı arxasına” Cessi Marş keçdi. O, amerikalı məşqçinin rəhbərliyi altında keçirdiyi yarım ildə 22 oyuna çıxdı, 28 qol vurdu. Və artıq qışda Dortmund “Borussiya”sına satıldı. İndi “Lids”i çalışdıran amerikalı MS ilə oyun ərəfəsində norveçli haqda bu sözləri dedi:
“Holann burda doğulub, atası klubun heyətində çıxış edib, bu üzdən onun qəlbində “Lids”ə yer var. Mən bu işə başlayanda artıq bu haqda danışmışıq. Erlinq də, atası da məni çox dəstəklədilər, təyinatıma sevindilər. Erlinqin oyuna hazır olacağını, tam ehtirasla oynayacağını gözləyirik ki, bu da bizim üçün böyük problem olacaq. Əlbəttə, Holannın necə yaxşı futbolçu olduğunu, necə böyük təhlükə yarada biləcəyini anlayıram. “Siti” ilə oyun üçün ən böyük vəzifələrimizdən biri onun öhdəsindən gəlməyə çalışmaqdı”.


6-cı fakt: Holann Stüart Dallasın fanatıdı
Norveç və Şimali İrlandiya yığmaları arasında 2020-ci ildə keçirilən oyunda Erlinq “Lids”in oyunçusu Stüart Dallası meydanda yaxaladı və formasını dəyişməyi xahiş etdi. Dallas özü oyundan sonra bu haqda danışdı:
“Mən futbolkasını dəyişənlərdən deyiləm. Kimlə qarşılaşmağımızdan asılı olmayaraq, yığma formasını özümdə saxlamağı xoşlayıram. Ancaq Erlinq arxadan mənə yaxınlaşdı və ingiliscə soruşdu ki, formamızı dəyişə bilərikmi? Yəqin bu onun ən ağıllı qərarı deyildi, axı yığması yenicə bizim komandanı 5:1 hesabıyla darmadağın etmişdi. Düşündüm ki, yəqin stadionun içində futbolkaları dəyişməyi nəzərdə tutur, ancaq məni bir daha səslədi və elə indi – kameraların önündə dəyişməyi xahiş etdi. Bir sözlə, formaları dəyişdik, ardından Holann mənə tərəf əyilib, qulağıma belə dedi: “Marching on together” (birlikdə irəli – red.). Bu ifadə mənə bir qədər qəribə gəldi. Əlbəttə, atasının vaxtilə “Lids”də oynadığını, özünün bu şəhərdə doğulduğunu bilirdim. Və yəqin məhz bu üzdən futbolkamı almaq istəyib. Amma yenə də bir qədər qəribə və yöndəmsiz hərəkət idi”.


7-ci fakt: Erlinq “Lids”in oyunlarına gedir
Hazırda “Mançester Siti”nin heyətində “Lids”in yetirməsi Kelvin Fillips çıxış edir. Yarımmüdafiəçi vaxtaşırı sabiq klubu haqda müsahibələr verir. Müsahibələrin birində deyib ki, Holann ilə birgə “Lids”in bu il keçirdiyi oyunlardan birini izləyib:
“Mən hələ də “Lids”in böyük fanatıyam. “Nyukasl” ilə səfərdə oynayanda elə paltardəyişmə otağında “Lids”in oyununa baxırdım. Meydana çıxmaq ərəfəsində də nəticəni nəzərdən keçirdim. Onların Londonda “Fulhem”ə uduzduqları oyuna da getmişdim. Erlinq Holann ilə birgə tribunadan uşaqlara dəstək verirdik. O da “Lids”ə azarkeşlik edir. Erlinqlə belə niyyətimiz var ki, “Lids”in “Elland Roud”dakı hansısa vacib oyununu izləyək. Odu ki, azarkeşlərin tribunalarda bizi axtarmasına dəyər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-06-2022, 19:0

“Siti”yə daha bir yeni oyunçu gələcək

Dünya futbolu

8-10-2022, 20:0

Ançelottidən Holannla bağlı iddiaya reaksiya

Dünya futbolu

25-05-2022, 16:0

Holannın "Siti"yə keçid səbəbi

Dünya futbolu

11-05-2022, 10:0

Klopp Holannı heyvan adlandırdı

Aktual
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
“Meydandan çıxmasaydılar, bəlkə texniki məğlubiyyət ancaq bizə verilərdi” - “Kür-Araz”ın prezidenti də qərardan narazıdı
“İmişli” birinci liqanın ən məhsuldar futbolçunu aldı
Son xəbərlər
  • Bu gün, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Bu gün, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Bu gün, 19:33
    Dünya çempionatını buraxacaq
  • Bu gün, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 18:55
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 18:55
    “10 yaşlı övladım var, onun üçün darıxmışam” – Jorj Kaşkilya
  • Bu gün, 18:34
    “Son bir həftədə futbolçuları toparlamaq çətin idi” – Fizuli Məmmədov
  • Bu gün, 18:31
    Noyerin şansı yoxdu?
  • Bu gün, 18:02
    Mövsümün son oyunu heç-heçə bitdi
  • Bu gün, 17:38
    Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
  • Bu gün, 17:30
    Ölkə çempionatında 21 ildən sonra 500 qol
  • Bu gün, 17:01
    “Araz-Naxçıvan”: 30-cu ev qələbəsi
  • Bu gün, 15:42
    "Qəbələ" ev sahibi olacaq, pley-off oyunu süni örtükdə oynanılacaq
  • Bu gün, 15:36
    "İmişli" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Bu gün, 15:04
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:44
    Ayxan Abbasovun köməkçiləri də "Şamaxı"dan ayrıldı - RƏSMİ
  • Bu gün, 14:12
    “Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
  • Bu gün, 13:13
    Ozancanın komandası elitanı tərk etdi
  • Bu gün, 12:43
    "Zirə"nin premyer-liqada 400-cü qolu
  • Bu gün, 12:12
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Bu gün, 11:41
    “Portu” karyerası yarım il çəkdi
  • Bu gün, 11:10
    Yaşıl meydanı tərk edəcək
  • Bu gün, 10:48
    “Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
  • Bu gün, 10:31
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:00
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 23:57
    Madridi tərk edəcək
  • Dünən, 23:07
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 22:46
    "Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm" - Andrey Demçenko
  • Dünən, 22:26
    Dünya çempionatında iştirak etməyəcək?
  • Dünən, 22:02
    “Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
  • Dünən, 21:49
    Finişə bir tur qalmış çempion oldular
  • Dünən, 20:51
    Acun Ilıcalının ''Hall Siti''si premyer-liqada!
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:11
    "Neftçi" "Kəpəz"i belə məğlub etdi - VİDEO
  • Dünən, 19:33
    Liqa 1-də yeni təyinat
Daha çox
Oxunub: 273
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 245
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 209
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 197
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə