“Mançester Yunayted” Reşfordu komandada saxlamaq niyyətində

23.12.2022 23:50 248
Dünya futbolu
"Mançester Yunayted" Markus Reşfordu heyətində saxlamaq istəyir.

Football-plus.az xəbər verir ki, klub ona uzunmüddətli müqavilə təklif edəcək. Komandanın baş məşqçi Erik ten Haq 25 yaşlı hücumçunun çıxışını çox bəyənir və onun nəyin bahasına olursa olsun qalmasını istəyir.