• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

İdman

23-12-2022, 15:0

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritetləri sırasında mühüm yerlərdən birini tutur.

Football-plus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın idmana və idmançılara göstərdiyi xüsusi diqqət və qayğı ölkəmizdə bu sahənin sürətli inkişafını təmin edən başlıca amildi.

Öz fəaliyyəti ilə uğurlu dövlət siyasətinə hər zaman dəstək olan Azərbaycan Velosiped Federasiyası (AVF) bu istiqamətdə həyata keçirdiyi daha bir layihəni müvəffəqiyyətlə başa vurub. Belə ki, AVF-nin 2022-ci ilin iyun ayının 3-də - Beynəlxalq Velosiped Günündə elan etdiyi “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsinin qalibləri müəyyənləşib.

Dekabrın 23-də AVF-nin təşkilatçılığı ilə Daş Salnamə Muzeyində baş tutan qaliblərin mükafatlandırılması mərasimi və müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibi Azər Əliyev, AVF-nin vitse-prezidenti Fuad Hacıyev, Xalq rəssamı, müsabiqənin münsiflər heyətinin sədri Sirus Mirzəzadə, idman federasiyalarının rəhbər şəxsləri, əsərləri sərgilənən müəlliflərin bir qismi, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə velosiped idmanına həsr olunmuş installyasiya, qədim tarixdən müasir dövrə qədər velosipedin inkişafını əks etdirən bu ekoloji təmiz nəqliyyat vasitəsinin müxtəlif nümunələri, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının videomaterialları, həmçinin məşq trenajorunda velosipedçilərin hərəkətlərini izləyib, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgi ilə tanış olublar.

Sərgi zamanı AVF-nin velosiped idmanının təbliği və təşviqi üçün böyük ictimai əhəmiyyətli tədbirlər keçirdiyi, Federasiyanın uğurlu nəticələrə imza atdığı, işğaldan azad ediləndən sonra 2022-ci ilin iyul ayında Şuşa şəhərində ilk beynəlxalq yarışın - “Əziz Şuşa” beynəlxalq velosiped yarışının uğurla təşkil edildiyi vurğulanıb.

Qeyd olunub ki, “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinin təşkilində əsas məqsəd ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması, eləcə də velosipedçilərin müxtəlif yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğur qazanmaq, onların idman karyerasına dəstək üçün yaradıcı potensialı olan hər bir kəsi cəlb etməklə mövzu baxımından velosiped idmanı ilə bağlı rəsm əsərlərinin yaradılmasına stimul verməkdi.

Bildirilib ki, sentyabr ayının sonunda yekun vurulan “Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinə 200-dən artıq müxtəlif və rəngarəng rəsm əsərləri təqdim olunub. Tanınmış rəssamlar, sənətşünaslar və mütəxəssislərdən ibarət münsiflər heyəti müsabiqənin tələblərinə uyğun olaraq 3 əsas və 3 həvəsləndirici qalib seçib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsinin də sürətlə inkişaf etdiyini bildirib.

O, müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib.

Nazir belə tədbirlərin gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, idmanın kütləviləşdirilməsi, eyni zamanda digər sahələrdə uğur qazanan gənclərə dəstək olmaq istiqamətində mühim addımlar olduğunu vurğulayıb.

F.Qayıbov AVF-nin prezidenti M.Quliyevə idmanın inkişafı istiqamətində dövlət siyasətinə dəstək olduğuna görə minnətdarlığını bildirib, Gənclər və İdman Nazirliyinin hər zaman idman federasiyalarının yanında olduğunu vurğulayıb.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıblar. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerin qalibi Ülkər Məmmədova, 2-ci yerin qalibi Pərvanə Əhmədli, 3-cü yerin qalibi isə Təranə Qaraliyeva seçilib. Həvəsləndirici yerlərə Nərmin İsmayılzadə, Kəmalə Kerriqan və Nurgül Əliyeva layiq görülüblər.

Birinci yerin qalibinə fəxri diplom və 3000 manat pul mükafatı, ikinci yerin qalibinə fəxri diplom və 2000 manat pul mükafatı, üçüncü yerin qalibinə fəxri diplom və 1000 manat pul mükafatı, 3 həvəsləndirici yerin qaliblərinin hər birinə isə fəxri fərman və 500 manat pul mükafatı təqdim olunub.

Digər rəssamlar AVF tərəfindən müsabiqənin iştirakçı diplomu ilə təltif olunublar.

Daha sonra tədbir iştirakçıları Daş Salnamə Muzeyinin digər salonunda nümayiş olunan milli yaddaşımızın nümunələri ilə tanış olublar.

Paylaş:
Digər xəbərlər

İdman

9-07-2022, 21:0

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsi keçirilib

Maraqlı

8-07-2022, 14:0

Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi

İdman

18-05-2022, 11:0

Vitse-prezident Afrika ölkəsinə səfər etdi

İdman

15-11-2022, 15:0

AKA və AKAF prezidentləri arasında görüş keçirildi

İdman

24-06-2022, 22:0

Bakıda “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Aktual
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
Son xəbərlər
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 131
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə