“Lion”da çoxdan gözlənilən hadisə baş verib. Fransa klubunun yeni sahibinin adına aydınlıq gəlib.
“Ekip” qəzetinin məlumatına görə, ABŞ-dan olan milyarder Con Tekstorun rəhbərlik etdiyi “Eagle Football Holdings” Liqa 1 təmsilçisinin səhmlərinin böyük hissəsini alıb. Şirkət klubun 77,49 faizinin sahibi olub. Satışdan sonra klubun kapitalının 86 milyon avro artacağı haqda məlumat verilib.
Qeyd edək ki, “Eagle Football Holdings” Braziliyada “Botafoqo” (San Paulu), İngiltərə isə “Kristal Pelas”ın da səhmlərinə sahibdi.