Aydın Süleymanlı: “Bu turnirdə çıxış etmək qürurvericidi”

16.12.2022 09:00 251
İdman
“Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidi”.


Football-plus.az xəbər verir ki, bunu yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, "Aeroflot Open 2020" turnirinin qalibi Aydın Süleymanlı yarışın mətbuat xidmətinə açıqlamasında deyib.

O, memorialda elit şahmatçıların mübarizə aparacağını bildirib:

"Bu, indiyədək iştirak edəcəyim ən böyük və qapalı turnirdi. Dünya səviyyəli qrossmeysterlərin mübarizə apardığı bu yarışda oynamaq mənim üçün o qədər də asan deyil. Əsas məqsəd gözəl oyun nümayiş etdirmək və özümü yaxşı tərəfdən göstərməkdi. Oynadığım hər saniyədən zövq almaq istəyirəm”.


Xatırladaq ki, Aydın Süleymanlı 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kubokunda bürünc medala sahib çıxıb. Qrossmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.