1-ci divizionun 18-ci turunda “Sumqayıt-2” və “Neftçi-2” arasında baş tutan oyun meydan sahibləri üçün əlamətdar olub.
Qarşılaşmada start heyətində meydana çıxan “kimyaçılar”ın akademiyasının yetirməsi, 2006-cı il təvəllüdlü Nihat Əhmədzadə 2021/22 mövsümündə çempionatın ən gənc futbolçu kimi tarixə düşüb.
İlk dəfə 22.02.2022-ci il tarixində “Qarabağ-2” ilə matçda debüt edən (15 yaş, 214 gün) yarımmüdafiəçi “Neftçi-2” ilə görüşə start heyətində başlayıb və 66 dəqiqə meydanda olub.
Cari mövsümdə “Sumqayıt”ın əvəzedici komandasının heyətində yer alan futbolçulardan 15-i məhz klubun öz akademiyasının yetirməsidi.