Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Football-plus.az xəbər verir ki, toplantıda futzal liqalarına aid aşağıdakı qərarlar qəbul edilib:
08.12.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın X turunun “Alyans” FK – “Baku Fire” oyununda “Alyans” FK təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Alyans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
01.12.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın IX turunun U-19 - “Alyans” FK oyununda “Alyans” komandasının qapıçısı İmran Məhərrəmov oyunun 32-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün İmran Məhərrəmov 1 oyun cəzalandırılsın. (maddə 47.2)
01.12.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın IX turunun U-19 - “Alyans” FK oyununda “Alyans” komandasının heyətində ehtiyat qapıçı olmadığına görə Futzal oyun qaydalarına müvafiq olaraq, oyunun bərpası mümkünsüz oldu və oyunda U-19 komandasının xeyrinə 6-1 hesabı olduğu halda oyun dayandırıldı və oyunun hesabı olduğu kimi saxlanılsın.
01.12.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın VIII turunun “Baku Fire-2” - “Şuşa” oyununda “Baku Fire-2” komandasının qapıçısı İlqar Rzayev oyunun 03:43-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün İlqar Rzayev 1 oyun cəzalandırılsın. (maddə 47.2)
04.12.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın VIII turunun “Rəvan” – “Flaqman” oyununda “Flaqman” komandasının oyunçusu Əyyar Kərimov oyunun 25:22-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Əyyar Kərimov 1 oyun cəzalandırılsın. (maddə 47.2)
04.12.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın VIII turunun “Timsport” – “Xan Lənkəran” oyununda “Timsport” komandasının qapıçısı Şahin Dadaşzadə oyunun 02:33-cü dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Şahin Dadaşzadə 1 oyun cəzalandırılsın. (maddə 47.2)