Lənkəran təmsilçisi matça gəlmədi

8.12.2022 17:54
Ölkə futbolu
Bu gün futzal üzrə Yüksək Liqada 10-cu turun görüşləri keçirilir.

Football-plus.az xəbər verir ki, “Alyans” (Lənkəran) – “Baku Fair” matçı baş tutmayıb.

Buna Lənkəran təmsilçisinin təyin olunan matçda meydana çıxmaması səbəb olub.

Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.