FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov DÇ-2022-nin keçirildiyi Qətərdədi.
Football-plus.az xəbər verir ki, futbol funksioneri mundialın təşkilati işlərində çalışan azərbaycanlılarla görüşüb.
AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti Dohadakı restoranların birində həmvətənlilərimizlə şam edib.
Qeyd edək ki, fotoda gördüyünüz şəxslərin hamısı 2018/19 mövsümündə Avropa Liqasının finalında və AÇ-2020-də təşkilati işlərdə çalışıblar. Bundan əlavə, ölkəmizdə keçirilən Avropa Oyinları və İslam Həmrəliyi Oyunlarında müxtəlif vəzifələri icra ediblər.
İLKİN SULTANLI