"Turan Tovuz" və "Səbail"dən qələbə - YENİLƏNİB

9.12.2022 19:05 411
Ölkə kuboku / Manşet
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Football-plus.az xəbər verir ki, daha 2 qarşılaşma baş tutub. Günün ilk matçı Gəncədə keçirilib. "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib.

Günün digər görüşündə "Səbail" evdə "Sabah"ın müqavimətini qıra bilib.

Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
9 dekabr

14.00. “Kəpəz” – “Turan Tovuz” 1:2
Qollar: Abdullahi Şuaybu, 9 (1:0). Runi Eva, 52-p (1:1). Ehtiram Şahverdiyev, 64 (1:2)
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gənc. şəhər stadionu.

17.00. “Səbail” – “Sabah” 3:2
Kizito Luqava, 32 (1:0). Franko Mazurek, 62 (2:0). Franko Mazurek, 73 (3:0). Kristian Sebalyos, 80 (3:1). Davit Volkov, 90+4 (3:2)
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
Bakı. ASCO Arena.

Dünən mərhələnin daha 2 oyunu keçirilib. "Zirə" - Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Qəbələ" ilə bacarmayıb.