Rusiyalı qaydasız döyüşçü Aleksandr Emelyanenko maraqlı açıqlama ilə diqqət çəkib.
Football-plus.az xəbər verir ki, idmançı küçə davasından çəkindiyini dilə gətirib:
“Belə hadisələrdən qaçıram. Çünki dəqiq vura bilirəm. Bir insanı incidə bilərəm. İkincisi isə təkbətək dalaşanlar artıq keçmişdə qald. Düşünürsən ki, səni vurmaq üçün yeriyir, amma qolunda bıçaq var. Bir qədər diqqəti yayındırmağa çalışır və səni bıçaqlayaraq qaçır. Bəs o, kimdi? Onu kim axtaracaq? Nə sən, nə də rəqib səni tanıyır. Lakin o, sənin canını alır”.