Məqsəd İsayevin təəssüfü...

29.11.2022 20:51 371
Premyer-liqa / Manşet
Bu gün baş tutan "Sumqayıt" - "Qəbələ" oyunu 1:1 hesabı ilə başa çatdı.

Qonaqların heyətində Məqsəd İsayev qolla yadda qalsa da, ofsayd onun sevinməsinə imkan vermədi. "Football-plus.az" saytı olaraq bölgə təmsilçisinin futbolçusunun oyunla bağlı fikrini öyrəndik:

"Demək olar ki, hər 2 komanda bərabərsəviyyəli oyun nümayiş etdirdi. İkinci hissədə biz daha üstün oynadıq, qol vurmaq üçün imkanlarımız olsa da, yararlana bilmədik. Bu gün 1 xal qazansaq da, 2 xal itirdik. Qol vursam da, ofsayd qeydə alındı. Əlbəttə, buna görə təəssüflənirəm. Amma oyundankənar vəziyyət vardı və hakim qərarında haqlıydı. Ruhdan düşməmək, qarşıdakı oyuna daha ciddi hazırlaşmaq, irəli baxmaq lazımdı". 


ABDULLA İSMAYILOĞLU 

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul