Antonun komandasından növbəti qələbə

26.11.2022 10:00 256
Dünya futbolu
Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) növbəti yoxlama matçına çıxıb.

Football-plus.az xəbər verir ki, Polşa təmsilçisi yerli "Jeleziarne" klubu ilə üz-üzə gəlib. Görüş "Visla"nın qələbəsiylə başa çatıb - 3:1.

Anton da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan müdafiəçi 74-cü dəqiqədə əvəzlənib.