Şahruddin “Qarabağ”ı Rusiya klubuna dəyişir?

24.11.2022 22:30 3 110
Premyer-liqa / Manşet
"Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev karyerasını ölkə xaricində davam etdirə bilər.

“Football-plus.az” saytına daxil olan məlumata görə, millinin üzvü ilə Rusiya "Axmat"ı və Türkiyə "Fatih Karagümrük"ü yaxından maraqlanır. Məsələni dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Ağdam təmsilçisinin rəsmisi informasiyanı təkzib etdi:

"Bizim futbolçularımızın heç birinə rəsmi təklif gəlməyib. Hansısa futbolçumuzun nə icarə əsasında, nə də birbaşa transferini istəyiblər. Bu məlumatlar, sadəcə, mediada yazılanlar və gəzən şayiələrdi".

İLKİN SULTANLI