Football-plus.az xəbər verir ki, qarşılaşmanın ardından isə qeyri-adi olay yaşandı. Matçın ən yaxşı oyunçusu seçilən belçikalıların ulduzu Kevin De Bruyne mükafatı qəbul edərkən buna etirazını bildirdi! Həqiqətən də De Bruynenin bu ada layiq görülməsi bir qədər qəribədi. Məsələn, belçikalıların ünlü qapıçısı Tibo Kurtua matçboyu bir neçə önəmli seyvlə yadda qaldı və ən əsası Alfonso Devisin penalti zərbəsini dəf etdi. Bu mükafata Kurtua və ya qələbə qolunun müəllifi Batşuayi daha çox layiq idi. De Bruyne etirazını bu sözlərlə dilə gətirdi:
''Yaxşı performans sərgilədiyimi düşünmürəm. Bu mükafatı nə üçün mənə verdiklərini də anlamıram. Bəlkə adıma görə bunu mənə veriblər? Ümumiyyətlə komanda şəklində potensialımızdan zəif çıxış etdik. Rəqibə çox boşluqlar verirdik. Kanada yaxşı və hörmətə layiq komandadı''.


