Fransa millisinin futbolçusu üçün mundial başa çatdı

23.11.2022 09:46 366
DÇ 2026
Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə oyunda zədələnən Fransa millisinin futbolçusu Lukas Ernandesin durumuna aydınlıq gəlib.

"Football-plus.az" "RMC Sport"a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb.

Oyunçu mundialın digər matçlarında iştirak edə bilməyəcək. Ernandesi sözügedən matçın 13-cü dəqiqəsində qardaşı Teo Ernandes əvəzləyib.

Qeyd edək ki, qarşılaşma Fransanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.