Sabiq MBA oyunçusu Donte Qrin yanacaqdoldurma məntəqəsini qarət etmək cəhdinə görə həbs olunub.
Football-plus.az xəbər verir ki, 34 yaşlı sabiq basketbolçu İndiana ştatındakı Elkhart əyalətində yanacaqdoldurma məntəqəsinin binasına daxil olub və kassirdən bütün pulları ona verməyi tələb edib. Belədə qonşuluqdakı restoran-qəlyanaltıda çalışanlar polisə telefon açıb.
Qrinin üzərində silah olmayıb, o, dükandan heç nə oğurlamayıb. Artıq ona qarətə cəhd ittihamı irəli sürülüb.
.Qrinin günahı sübuta yetirilərsə, 1 ildən 6 ilə qədər həbs təhlükəsi ilə üzləşəcək. Sabiq basketbolçu MBA-da 4 mövsüm (2008-12) keçirib, “Sakramento”nun şərəfini qoruyub.