Boksçumuz dünya çempionatında növbəti qələbəsini qazandı

18.11.2022 12:21 320
İdman
İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Sənan Hətəmov (67 kq) mundialda ikinci döyüşünü də qələbə ilə başa vurub.

İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdıran boksçumuz 1/16 final çərçivəsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.

89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.