Ronaldo bir əldə iki qarpız tutmaq istəmir

12.11.2022 13:56 283
Dünya futbolu
Ronaldo, necə deyərlər, bir əldə iki qarpız tutmaq istəmir. Braziliyalı sabiq futbolçu sahibi olduğu “Valyadolid”i satmağı düşünür.

Football-plus.az xəbər verir ki, İspaniya mənbələrinin yaydığı xəbərə görə, onu bu addaımı atmağa vadar edən səbəb klub La Liqada iştirak edəndən sona xərclərin əhəmiyyətli dərəcədə artmasıdı. “Valyadolid”in illik xərci 22 milyondan 55 milyona avroya yüksəlib.

Xatırladaq ki, Ronaldo 2018-ci ildə “Valyadolid”in səhmlərinin 51 faizini 30 milyon avroya alıb, bir ildən sonra isə payını daha 21 faiz artırıb. Komanda hazırda La Liqada 14 oyuna 17 xalla 12-ci yeri tutur. Ronaldonun ölkəsində doğma klubu “Kruzeyro”nun sahibi olduğunu da bildirək. 46 yaşlı ikiqat dünya çempionu ölkəsinə qayıtmağı və bunu iki ildən sonra reallaşdırmağı planlaşdırır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul