“Atletiko”nun Çempionlar Liqasında mübarizəni qrup mərhələsində dayandırması cari mövsümün ən böyük sensasiyasıdı.
Madridlilərin fransalı hücumçusu Antuan Qrizmann bu uğursuzluğa belə şərh verib:
“Biz Çempionlar Liqasının 1/8 finalına və ya Avropa Liqasına çıxmağa layiq deyildik. Qrupda yalnız 1 qələbə qazanırsansa, aqibətin belə də olmalıdı. Bundan sonra ağzımızı yummalı, çalışmalı və növbəti hədəflər uğrunda mübarizə aparmalıyıq. Azarkeşlərə bizə dəstəyinə görə yalnız təşəkkür etməliyik. Onlar belə məyusluğa layiq deyillər. Biz isə yenidən motivə olmalı və öz üzərimizdə çalışmalıyıq”.