Rauf gənclərdən geri qaldı

26.10.2022 16:33 308
İdman
Azərbaycan Şahmat Federasiyasının Gənclər və Yeniyetmələr Komissiyasının təşkilatçılığı ilə milli komandanın üzvləri, fərqli yaş qrupları üzrə ölkə çempionatının mükafatçıları və reytinqi 2200-dən yuxarı olanlar arasında rapid turniri keçirilib.

“Football-plus.az” saytının məlumatına görə, 41 şahmatçının qatıldığı yarış 7 turdan ibarət olub. 5,5 xal toplayan Vüqar Manafov bütün rəqiblərini qabaqlayıb. Eyni xala malik Xəzər Babazadə əlavə göstəricilərə görə ikinci yeri tutub. Milli komandanın üzvü Rauf Məmmədov isə üçüncü yerlə kifayətlənib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul