Simeone yalnız Araqonesdən geri qalır

26.10.2022 14:53 318
Dünya futbolu
La Liqanın “Betis” ilə son oyunu Dieqo Simeone üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, onun çalışdırdığı “Atletiko” səfərdə 2:1 hesabı ilə qalib gəlib. Paytaxt komandası Simeonenin rəhbərliyi altında İspaniya çempionatının səfər oyunlarında 106-cı qələbəsini qazanıb. Argentinalı mütəxəssis bu göstəriciyə əsasən yalnız rekordçu Luis Araqonesdən geri qalır. Dünyasını 2014-cü ildə dəyişən Araqonesin komandaları La Liqanın səfər matçlarında 111 dəfə qalib gəlib.