Mayk Menyanın uzun müddətə sıradan çıxması klubunu çətinə salıb.
Fransa yığmasının qapıçısı Millətlər Liqasının 5-ci turunun Avstriya ilə oyununda (2:0) xəsarət almışıdı. 27 yaşlı futbolçu sol ayağının baldır əzələsi zədələndiyi üçün təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. “Milan”ın oyunçusu Çempionlar Liqasının “Çelsi”yə qarşı oyunlarını (5 və 11 oktyabr) və A seriyasında “Yuventus”la (8 oktyabr) vacib matçı da buraxacaq.
Baş məşqçi artıq Maykı necə “sığortalayacağına” qərar verib. Stefano Pyoli rotasiyaya əl atacaq. Yerli mənbələr onun Çiprian Teteruşanu və Antonio Mirantedən növbə ilə ölkə çempionatında və Çempionlar Liqasında yararlanacağını xəbər verib.