Ronaldonun bacısı “Mançester Yunayted”in ona hörmətsizlik etdiyini düşünür

21.10.2022 17:30 497
Dünya futbolu
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro futbolçunun klubdakı durumu haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı müğənni şəxsi “instaqram” hesabında qardaşının yaşadıqları ilə barədə fikirlərini izləyiciləri ilə bölüşüb:

“Mən çox şey görürəm. Əsasən də hörmətsizlik”.


Qeyd edək ki, çərşənbə günü Ronaldo komandasının “Tottenhem”ə qalib gəldiyi matçının sonunda meydana çıxmaqdan imtina edib. Ertəsi gün hücumçu "Çelsi" ilə görüşün iştirak ərizəsinə daxil edilməyib və ümumi qrupdakı məşqlərdən uzaqlaşdırılıb.