Azarkeş idi, prezident oldu

28.06.2022 21:14 433
Dünya futbolu
Key Bernşteyn “Herta”nın yeni prezidenti seçilib.

Almaniya klubunun rəsmi saytının məlumatında onun seçkilərin birinci turunda 1670 səslə qalib gəldiyi bildirilib. Yeni prezident səsvermədə Frank Steffel ilə Marvin Brummu arxada qoyub.

Qeyd edək ki, Bernşteyn Berlin klubunun fanat qrupunun qurucu üzvlərindən biri olub.